İnağ da adlanan bu xəstəlik daha çox kiçik uşaqlarda (6ay-3yaş) rast gəlinir.Özünü tənəffüs çatışmazlığı,inspiratuar stridor(səs qısıqlığı),qızdırma,boğazda ağrı,hürmə təzrində öskürək,siyanoz(göyərmə) göstərir.Krupun həm bakterial,həm də viral (virus mənşəli) törədicisi var.Onun bakterial ağırlaşması epiglottit adlanır.
Epiglottit
Bu, qırtlaq qapağının (epiglottun) iltihabıdır.Qırtlaq qapağı qızartılı və ödemlidir.Səs boğuqdur,udqunmada çətinlik,ağızdan axıntı,ağrılı boğaz vardır.Əlamətlər birdən ani şəkildə başlayır.Uşaq rahat nəfəs ala bilmək üçün çənə və boynunu önə verərək oturur.Temperatur 39°C olur,uşağın toksik görüntüsü var.
Viral krup
Virus mənşəli krup ise qripəbənzər əlamətlərlə (burun axıntısı,soyuqdəymə) başlayır.Temperatur həfifdir,öskürək,stridor vardır.Uşağın vəziyyəti kafidir.Soyuq buxar,nebulator epinefrin,steroid (deksametazon) təyin edilir.
Burdan belə nəticəyə gəlirik ki,bakteriyal krup daha ağırdır (Prodromal dönəm yoxdur,anidən yüksək temperatur,nəfəs çatışmazlığı) steroidlər və epinefrin müalicədə effekt vermir.Oksigen və antibiyotik terapiyası təyin edilir.Viral krupda isə soyuq buxar,nebulator epinefrin,steroid (deksametazon) təyin edilir.
Bakteriyal traxeit
Qrip və digər kəskin respirator infeksiyalardan sonra da müşayiət olunan krup vardır ki,bu bakteriyal traxeitdir və yüksək qızdırma,öskürək,təngnəfəsliklə özünü göstərir.Xəstələr heç bir pozisiyada rahatlamır.Antibiyotik təyin edilir.
Spazmodik krup
Gecələr ani başlayan öskürək tutmalarıdır.Səbəb azan sinirin aktivliyinin gecələr artması və endogen katexolaminlərin sintezindəki yetərsizlikdir.Müalicə steroidlər,nebulator,oksigen,soyuq buxardır.