Polisitemiya (qan çoxluğu)

Qırmızı qan elementi olan eritrositlər əsasən sümük iliyində sintez olunur və böyük hissəsini hemoqlobin adlı protein təşkil edir.Hemoqlobinin rolu toxumalara oksigen daşımaqdır.Onun azlığı anemiya olaraq bilinir,çoxluğu isə polisitemiyadır (Poli-çox,sito-hüceyrə deməkdir) Bu, hematokrit (eritrosit həcmi;Hct) ve hemoglobin (Hb) səviyyələrinin yüksəkliyi ilə özünü göstərir.Bu səviyyə qadınlarda Hb 16 g/dl,kişilərdə isə Hb 16.5 g/dl ve Hct > %48-49 (WHO-2016 kriteriyalarına görə) ve bərabərində simptomlar ilə xarakterizədir.Simptomlar başağrısı,qulaqda uğultu,üzdə qızarıqlıq,qaşıntı (xüsusilə duş sonrası) şəklindədir.

Polistemiya 2 cürdür:

|Əsas (birincili) polistemiya|

|Sekonder (ikincili) polisitemiya|

Birincili polistemiya-Polisitemiya Vera adlanan sümük iliyinin xronik myeloproliferatif xəstəliyidir.

~Mexanizm: Sümük iliyi anormal şekilde çox miktarda eritrosit yaradır, buna sebep JAK 2 geninde olan mutasiyadır.JAK-2 geni orqanizmdə hüceyrə çoxalmasının tənzimlənməsində rol alır, bu yolda mutasiya olduqda tənzimləmə prosesi pozulur, kontrolsuz ve dayanmadan hüceyre çoxalması başverir ve nəticədə eritrosit konsentrasiyası; Hb,Hct artır.Eritrositlər dalaqda parçalandığı üçün artmış eritrosit yükü dalaqda böyümeye (splenomegaliyaya) sebeb olur.Normalda qanda eritrosit artışını tənzimləyən hormon eritropoetindir.Lakin bu xəstəlikdə JAK-2 mutasiyası nəticəsində eritrosit artdığı üçün EPO normaldan aşağı gözlənəcəkdir.

~Diaqnoz: JAK-2 pozitivliyi (Genetik analiz),Sümük iliyi biyopsiyası,Epo səviyəsinin normadan aşağı olması ,splenomeqaliya (Abdominal usg)

~Müalicə:Sitoredüktif (hüceyrə sayını azaldıcı) və sümük iliyini basqılayıcı dərmanlar (əsasən hidroksiüre),jak-2 inhibitorları (ruxolitinib-Jakavi) ,aspirin,aralıqlı flebotomiyalar

|Polisitemiyalar niyə vacibdir?|

Artmış hüceyre yükü qanda qatılığa sebeb olaraq tromb yarada bilməsi səbəbindən qandurulaşdırıcılar Birincil Polisitemiyada müalicədə mütləqdir.

İkincili Polisitemiya:

Buna səbəb ağciyər,anadangəlmə ürək qüsurları,siqaret çəkmək,dağlıq ərazidə (dəniz səviyəsindən yüksəklikdə yaşamaq ),Eritropoetin ifraz edən şişlər göstərilə bilər.

Normalda orqanizmdə eritrosit artışı Epo (Eritropoetin) adlı böyrəkdən ifraz olunan hormon sayəsində olur,belə ki, hipoksiya olduqda (xronik obstruktif bronxit,sağ ürək çatışmazlığı,obstruktiv yuxu apnesi) kimi vəziyətlərdə Epo sümük iliyinden eritrosit sintezini artıraraq hipoksiyanı kompensə etməyə çalışır.Burda EPO artır.JAK-2 negatifdir və dalaq əsasən böyüməz.

Simptomlar birincil xəstəlikdəki ilə eynidir.Əlavə olaraq nəfəs darlığı,siqaretdən istifadə,mərkəzi,peroral siyanoz, başdönməsi,yorğunluq,oksigen saturasiyasının 90% dən aşağı olması anamnezdə bizə ikincili polisitemiyanı düşündürməlidir.Bu xəstələr pulmonoloq və kardioloq ilə konsultasiya edilərək hipoksiya düzəltilməlidir (bronxodilatator inhalyatorlar,siqareti tərgitmək,oksigen müalicəsi,Bipap/cpap cihazları,çəki azaltmaq)

Ağciyər Rentgenoqrafiyası, spirometriya (nəfəs testləri), Polisomnografiya (obstruktiv apnea da yuxu testi) differensial diaqnostikada istifadə edilə bilər.

Müalicə: Altda yatan xəstəliyin düzəldilməsi,flebotomiya və bəzi hallarda (keçirilmiş tromboz,emboliya,ateroskleroza meyl;kardiyovaskülar damar tıxanıqlıqları,diyabet,dislipidemiyalar) da varsa xəstə nəznində aspirin 75- 100mg /gün təyin edilə bilər.

İkincil polisitemiyanın başqa bir səbəbi də eritropoetin ifraz edən şişlərdir.Misal olaraq,Renal hüceyrəli karsinoma,hepatosellülər xərçəng göstərilə bilər.Tomoqrafik və digər metodlar ilə diaqnoz qoyulandan sonra şiş rezeksiya edilməlidir.

Müəllif: Daxili xəstəliklər uzmanı Dr.Lalə Xəlilzadə

Gaucher xəstəliyi

Lizozomal lipid depo xəstəliyidir.Genetik keçir.Burda

qlikozoserebrozidaz ferment əksikliyi mövcuddur,bu ferment zərərli yağlari orqanizmdən xaric edir,əksikliyində isə yağlar atıla bilmir və dalaq,qaraciyər,sümük iliyi,böyrəkdə yağlar toplanır və onların işini pozur,orqanların böyüməsinə,sümük ağrılarına səbəb olur

Xəstələr tez-tez olan sümük qırığları,sümük ərimələri,osteoporozla həkimə baş vurur.Dalağ və qaraciyər normaldan çox böyük olur və qan tablosunda anemia, trombositlər azalır-trombositopenia.Genetik keçid mütləq olur.Bacı-qardaşlarında bu xəstəlik tapılandan sonra özündə də genetik test edilərək diaqnoz qoyulan xəstələr olur.Xəstəliyin müalicəsi ömür boyu əksik olan fermentin alınmasıdır.Xəstələr 15 gündə bir serebrozyme 400UI flakon almaq üçün xəstəxanada müalicə alır.Bundan başqa xəstələrin mental durumunda da gerilik görülə bilər

Endometrioz

Endometrioz-bu endometrium (uşaqlığın daxili qişası) müxtəlif orqanlarda olması ilə gedən bir patologiyadır.

Normalda menstruasiya qaninin əsas hissəsi bayıra atılarkən cuzi bir hissəsi daxilə qarına tərəf boşalır.İmmun sistemi normada bu qanı sorub təmizləyə bilir.Lakin bəzən bu qan sorulmur,müəyyən yerlərdə (bağırsaq,sidik kisəsi,periton) yığılıb qan ocaqları əmələ gətirir.Ve bundan sonra hər dəfə menstruasiya vaxtı bu ocaqlar da qanayır,burda yığışan qan yapışıqlıq yaradır,nəticədə ağrı olur.Bu isə istər tualet zamanı,istər cinsi əlaqə,istərsə də aybaşı dövründə xronik ağrılara səbəb olur.Bəzən bu qan yumurtalıqların üzerinde yığışaraq şokolad kistləri adlanan görüntüyə səbəb olur.Müalicə zamanı qan toplanan əlavə ocaqların böyüməsinin qarşısını almaq üçün menstruasiyanın vaxtını azaltmaq lazımdır.Buna görə antiestrogen-progestinlərdən ,kombine kontraseptivlərdən,GNRH analoqlarından istifadə edilir.Diaqnozda laparoskop əsas meyardır.Əlavə endometriozis ocaqlarını görməyə imkan yaradır.Həmçinin laparoskopiya ilə əlavə ocaqları xaric etmək mümkündür.Lakin yumurtalıq üzerinde olan şokolad kistlərində mümkün qədər az cərrahi prosedurdan istifadə etmək lazımdır.Çünki kisti rezeksiya etdiyimiz zaman sağlam toxumanın da bir hissəsini xaric edirik.Bu isə yumurtalığın rezervinin azalmasına və hamiləliyin baş tutmamasına gətirə bilər.Ümumiyyətlə isə,endometriozlu xəstələr yumurtalıqda kistlər yaranıb,böyümədən erkən zamanda hamiləlik etməlidirlər

Sheehan sindromu

Doğumdan sonra prolaktin hormonu süd ifraz edir,eləcə də doğumdan bir müddət sonra menstrual sikl davam edir.Lakin bu hal olmaya da bilər.Buna səbəb kimi Sheehan sindromunu göstərmək olar.Kimlərdə olur?Qanaxmalı,vaxtı uzamış doğuşları olanlarda.Səbəb nədir?Menstrual tsikli də,südün ifraz olunmasını da tənzimləyən hormonlardır.Bu hormonları isə idarə edən beyində yerləşən hipofiz adlı vəzi var.

Doğuş zamanı bu vəzi (hipofiz) normalın 2qatı böyüyür.Orqan böyüdüyü üçün oksigenə ehtiyacı da 2 dəfə artır.Lakin doğuş prosesində güclü qanaxma varsa vəziyə ehtiyac olandan az qan (oksigen) gedəcək.Və bu səbəbdən hipofiz vəzi hipoksiyə,müddət uzandıqca isə nekroza (vəzin ölümünə) gedəcəkdir.Qadınlar bunu belə ifadə edir: 15il əvvəl çətin qanaxmalı doğuş etdim,o vaxtdan nə menstruasiya var,nə də süd.

Krup

İnağ da adlanan bu xəstəlik daha çox kiçik uşaqlarda (6ay-3yaş) rast gəlinir.Özünü tənəffüs çatışmazlığı,inspiratuar stridor(səs qısıqlığı),qızdırma,boğazda ağrı,hürmə təzrində öskürək,siyanoz(göyərmə) göstərir.Krupun həm bakterial,həm də viral (virus mənşəli) törədicisi var.Onun bakterial ağırlaşması epiglottit adlanır.

Epiglottit

Bu, qırtlaq qapağının (epiglottun) iltihabıdır.Qırtlaq qapağı qızartılı və ödemlidir.Səs boğuqdur,udqunmada çətinlik,ağızdan axıntı,ağrılı boğaz vardır.Əlamətlər birdən ani şəkildə başlayır.Uşaq rahat nəfəs ala bilmək üçün çənə və boynunu önə verərək oturur.Temperatur 39°C olur,uşağın toksik görüntüsü var.

Viral krup

Virus mənşəli krup ise qripəbənzər əlamətlərlə (burun axıntısı,soyuqdəymə) başlayır.Temperatur həfifdir,öskürək,stridor vardır.Uşağın vəziyyəti kafidir.Soyuq buxar,nebulator epinefrin,steroid (deksametazon) təyin edilir.

Burdan belə nəticəyə gəlirik ki,bakteriyal krup daha ağırdır (Prodromal dönəm yoxdur,anidən yüksək temperatur,nəfəs çatışmazlığı) steroidlər və epinefrin müalicədə effekt vermir.Oksigen və antibiyotik terapiyası təyin edilir.Viral krupda isə soyuq buxar,nebulator epinefrin,steroid (deksametazon) təyin edilir.

Bakteriyal traxeit

Qrip və digər kəskin respirator infeksiyalardan sonra da müşayiət olunan krup vardır ki,bu bakteriyal traxeitdir və yüksək qızdırma,öskürək,təngnəfəsliklə özünü göstərir.Xəstələr heç bir pozisiyada rahatlamır.Antibiyotik təyin edilir.

Spazmodik krup

Gecələr ani başlayan öskürək tutmalarıdır.Səbəb azan sinirin aktivliyinin gecələr artması və endogen katexolaminlərin sintezindəki yetərsizlikdir.Müalicə steroidlər,nebulator,oksigen,soyuq buxardır.

Qida zəhərlənmələri zamanı ilk yardım

Qida zəhərlənmələri hansısa qidanın qəbulundan sonra yaranan baş ağrısı,bulantı və qusma,bu əlamətlərin gedərək artması ilə özünü göstərir.Uyğunsuz qida həzm traktında qaldığı müddətcə toksinlər qana ifraz olunur və toksikasiya simptomları yaranır.Buna görə də həmin möhtəviyyatı bağırsağ və mədə yolu ile mümkün olduğu qədər xaric etmək lazımdır.Əgər qida qəbulundan 4saatdan çox vaxt keçibsə artıq qida bağırsaq traktında olduğu üçün mohtəviyyatı durulaşdırıb xaric etmək daha yaxşıdır.Çünki üstündən xeyli vaxt keçmiş qida xlorid turşusu və qələvi ilə qarışdığı üçün belə kütlənin xaric edilməsi qida borusu və boğazda yanmalara səbəb olar.Yaxşı olar ki,ilıq maye ilə (1l-dən az olmayaraq) durulaşdırılıb xaric edilsin,bu həm daha tez qusma refleksi yaradar ,həm də asidi durulaşdırdığı üçün yanma hissinə səbəb olmaz. Önce laksatiflerden,mede tam boşaldıqdan sonra aktiv kömür kimi adsorbentlərdən istifadə edin. Kömür 10kg-a 1tablet təyin edilir.Buna görə çəkiyə uyğun gün ərzində 5-7 ədəd içilə bilər.Bundan sonra 4saata qədər qida qəbulunu dayandırmaq lazımdır.Çünki mədənin hərəki funskiyası artdığı üçün nə qəbul edilsə,geri qaytarılacaqdır.Həmin gün yagsız (buxarda bişmiş) qida məsləhət görülür. Şəkərli və yağlı qidalar simptomları pisləşdirdiyi üçün məsləhət görülmür.

#qida zeherlenmeleri #qida zeherlenmeleri zamani ilk yardim #qida zeherlenmeleri elametleri #qusma #zeherlenme

Design a site like this with WordPress.com
Get started